
Misir Amerikanın “Ukraynaya silah göndərmə” tələbini rədd edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bir neçə dəfə edilən tələbə rəsmi Qahirə mənfi cavab verib.
Amerikanın Müdafiə Naziri Lloyd Austin tərəfindən edilən tələblərin hər biri Misir Prezidenti Əbdülfəttah Sissi tərəfindən öz qarşılığını almayıb.
Ukraynaya göndərilməsi istənən hərbi texnika arasında topçu batareyaları, sursat, tank mərmiləri, hava müdafiə sistemləri və yüngül silahlar vardı.
Misirin Rusiya ilə münasibətləri pozmaq istəməməis üçün bu tələbə mənfi cavab verdiyi yazılır.
Daha öncəki xəbərlərdə Misirin Ukraynadakı savaşda Rusiyaya kömək edəcəyinə dair iddialar yazılmışdı.
Misirin bu tələbləri rədd etməsin Rusiyanın Afrikanın şimalında öz təsirini göstərməsi baxımdan, özəl diqqət çəkir.
Tərcümə: Arzu