
Gununsesi.info bildirir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat verib.
Açıqlamada qeyd olunur ki, Haqq Ədalət Partiyası üzvlərinin reyestrində yolverilmiş səhvlər barədə 1 avqust 2023-cü ildə daxil olmuş cavab məktubu HƏP-in bu məsələ ilə bağlı işçi qrupu tərəfindən 10 gün ərzində ətraflı araşdırılıb və lazım olan bütün düzəlişlər həyata keçirilib.
Ədliyyə Nazirliyinin cavab məktubunda Haqq Ədalət Partiyası üzvlərinin təqdim olmuş reyesterində ‘’Siyasi partiyalar haqqında’’ qanunun tələblərinə uyğun olan, yəni eyniləşdirilən 4058 partiya üzvünün olduğu göstərilib.
Ədliyyə Nazirliyinə təqdim olunacaq yeni cavab sənədində HƏP üzvlərinin reyestrinə son bir ayda partiya üzvlüyünə qəbul olunmuş 1445 nəfərin də siyahısı əlavə olunub. Beləliklə, Haqq Ədalət Partiyasının üzvlərinin Ədliyyə Nazirliyinə təqdim olunacaq yeni reyestrində 5422 nəfər partiya üzvü haqqında məlumatlar yer alıb”-deyə HƏP-in açıqlamasında bildirilir.