
Ağac kəsilməsin deyə, 738 gün onun üzərində yaşadı
Yuliya Butterfly Hillin etdikləri ibrətamiz olub.
Gununsesi.info xarci mətbuata istinadən xəbər verir ki, Yuliya təknəfərlik ağacları qoruma aksiyası edib.
738 gün boyunca ağac üzərində yaşayan Hill dünyada tarixi bir rekorda imza atıb.
10 dekabr 1997-ci ildə təknəfərlik ağac aksiyasına başlayan Yuliya 18 dekabr 1999-cu ildə bu əməlini bitirib.
Onun bu addımı ekoloqlar tərəfindən alqışlanıb.
Yuliya bu rekord aksiyasını “Pasific Lumber Company” adlı şirkətin bölgədəki ağacları kəsmək istəyinə qarşı başladıb.
Onun çətin hava şərtlərinə baxmayaraq, təknəfərlik ağac dirənişi nəticə verir və 1500 yaşlı qocaman ağac şirkət tərəfindən kəsilmir.
Yuliyanın ağac həyatı boyunca ərzaqları ekoloqlar tərəfindən qarşılanır.
50 metrlik ağaca dırmaşan qızcığaz böcəklər, həşəratlar və təhlükələr olmasına baxmayaraq bu uğura imza ata bilib.
Tərcümə: Arzu