Krım körpüsünə hücumun anbaan görüntüləri - VİDEO

CNN telekanalı iyulun 17-də Krım körpüsünün partladılmasının görüntülərini yayıb.

Gununsesi.info xəbər verir ki, videonu telekanala Ukrayna Təhlükəsizlik Xidməti təqdim edib.

CNN-in əldə etdiyi görüntülər Ukraynaya məxsus PUA və həmçinin körpünün üstündəki videokameralardan birindən götürülüb. Videodan belə görünür ki, körpü 2 yerüstü pilotsuz maşın tərəfindən partladılıb.

UTX bildirib ki, dronlar körpünün beton dayaqlarına təxminən 850 kq partlayıcı çatdıra bilib.