Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı açıqlama verib.
Bu barədə Gununesi.info “Haber Global”a istinadən xəbər verir.
O bildirib ki, hadisə nəticəsində 16 nəfər həyatını itirib, 2-si ağır olmaqla 13 nəfər yaralanıb.
Ərdoğan həlak olan işçilərin ailələrinə başsağlığı verib, yaralananlara şəfa diləyib.
Prezidentin sözlərinə görə, partlayışla bağlı məhkəmə və inzibati araşdırmalara başlanılıb. Hadisənin hansı səbəbdən baş verdiyi və kimlərin məsuliyyət daşıdığı müəyyən ediləcək.
O, həmçinin hadisədən dərhal sonra energetika və daxili işlər nazirlərinin tapşırığı əsasında hadisə yerinə göndərildiyini bildirib.
***
17:57
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayışda ölənlərin sayı 10-a çatıb.
Modern.az xəbər verir ki, bu barədə İzmir Valiliyi məlumat yayıb.
Hadisə nəticəsinə 10 nəfərin yaralandığı, 8 nəfərin isə dağıntılar altında qaldığı bildirilir.
Baş vermiş partlayışla əlaqədar cinayət işi açılıb.
***
15:18
İzmirdə fabrikdə baş verən partlayış nəticəsində 3 nəfər ölüb.
Gununesi.info xəbər verir ki, bu barədə İzmir Valiliyinin açıqlamasında bildirilib.
Məlumata görə, partlayışda 14 nəfər yaralanıb. Dağıntılar altında qaldığı ehtimal edilən 10 nəfərin axtarışları davam etdirilir.












