Ərdoğan: Türkiyə Qarabağın bərpasına dəstək verir

  • Müəllif: Firuzə
  • 09 Noyabr 2026 23:15

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan bərpa və quruculuq işlərindən danışıb.

Gununesi.info  xəbər verir ki, Ərdoğan Qarabağda genişmiqyaslı quruculuq, tikinti və dirçəldilmə səfərbərliyinin həyata keçirildiyini bildirib.

Onun sözlərinə görə, artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir və Türkiyə Azərbaycan tərəfinə hər cür dəstək göstərir.

Ərdoğan, həmçinin Qarabağın azadlığı uğrunda şəhid olanlara Allahdan rəhmət diləyib.

Gununesi.info