Milyarder qadın müflis oldu

Asiyanın ən varlı qadını olan Yang Huiyan son 2 ildə ən çox sərvətini itirən milyarder olub.

Gununsesi.info Bloomberg-ə istinadən xəbər verir ki, Çinin nəhəng daşınmaz əmlak şirkəti kimi tanınan “Country Garden”-ın əsas səhmdarı Huiyanın sərvəti 2021-ci ilin iyun ayından başlayaraq azalmağa doğru gedib.

“Asiyanın ən zəngin qadını” kimi tanınan 41 yaşlı Yang Huiyanın sərvəti 28,6 milyard dollardan azalaraq 5,5 milyarda enib.

Huiyan-ın sərvəti əsasən onun şirkətdəki payından qaynaqlanır.

Bildirilir ki, milyarderin bu böhranın ən əsas səbəbi isə şirkətin borc problemidir.

Qeyd edək ki, Çində son bir neçə ildir davam edən daşınmaz əmlak böhranı var.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info