Amerikada intihar etmə faizləri rekord qırdı

  • By arzu
  • 11 Avqust 2023 18:02

Amerika Birləşmiş Ştatlarında vətəndaşlar arasında intiharların sayı çoxalıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 2022-ci ilin statistikasında ölkədə 49444 nəfərin intihar etdiyi açıqlanıb.

Rekord göstərici gedərək artmaqdadır.

Statistikanı Amerika Xəstəliyə Nəzarət və Önləmə Mərkəzi açıqlayıb.

Həmin rəqəm 2021-ci illə qarşılaşdırmada 3% artım deməkdir.

İntiharların ağdırili amerikanlar arasında daha geniş yayıldığı bildirilir.

Mütəxəssislər intihar fazilərindəki artımı yüksək depressiya və əqli sağlamlıqla əlaqələndirirlər.

 

Tərcümə: Arzu

Gununsesi.info