Qayıq batdı – 23 nəfər öldü

  • By arzu
  • 11 Avqust 2023 17:41

Birma ordusunun hüquq pozuntularından qaçaraq Malaziyaya sığınmaq istəyi müsəlmanlara canı bahasına başa gəlib. Müsəlmanlar Birma budist qruplaşmasının başlatdığı soyqırımdan qurtulmaq üçün dəniz yolu ilə ölkəni tərk etməyə üz tutub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki,  soyqırımdan qaçan Birmalı müsəlmanları daşıyan qayı batıb. Olay zamanı 23 nəfər ölüb, 30 nəfər itkin düşüb.

Müsəlman köçkünlər Malziyaya gedirmiş.

Xatırladaq ki, Birma ordusunun müsəlmanlara qarşı tətbiq etdiyi zülm və soyqırım siyasətinə görə, hər il yüz minlərlə müsəlman Malaziya və İndoneziyaya köçür.

Tərcümə: Arzu

Gununsesi.info