Moskvanın Vnukovo hava limanı müvəqqəti bağlanıb -YENİLƏNDİ

Moskvanın Vnukovo hava limanı açılıb və normal rejimdə işləyir.

Bu barədə aeroportun Mətbuat Xidmətindən məlumat verilib.

“Məhdudiyyətlər aradan qaldırıldı. Hava limanı normal rejimdə işləyir”, –  deyə məlumatda bildirilir.

11:53

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinin Vnukovo hava limanı müvəqqəti bağlanıb.

Bu barədə şəhərin Fövqəladə Hallar Xidməti xəbər yayıb.

Məlumata görə, Vnukovoda yerli vaxtla saat 9:40-dan (Bakı vaxtı ilə 10:40 – red.) etibarən təyyarələrin qəbulu və buraxılmasına məhdudiyyətlər tətbiq edilib, bəzi uçuşlar digər hava limanlarına yönləndirilib.

İlkin xəbərdə hadisəyə səbəb kimi dron hücumu ehtimalı qeyd edilir.

Gununsesi.info