
ABŞ prezidenti Con Bayden dağıdıcı meşə yanğınları səbəbilə fəlakətə uğrayan Havay xalqına kömək etmək üçün ölkənin var-dövlətindən istifadə edəcəyinə söz verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Politico məlumat verib.
“Yaxınlarını itirən, evi dağılan hər kəsə yardım olunacaq. Biz mümkün qədər tez çalışırıq ki, bu yanğınları söndürək, sakinləri və turistləri təxliyə edək. Hələlik dualarımız Havay xalqı ilədir. Ancaq təkcə dualarımız deyil, sahib olduğumuz hər bir sərvət onların ixtiyarında olacaq”.
Qeyd edək ki, ABŞ-da yanğınlar quru hava və güclü külək səbəbindən baş verib. Nəticədə, 19-cu əsrdə Havay krallığının paytaxtı statusuna malik olduğu üçün turistlər arasında populyar olan və böyük mədəni əhəmiyyətə malik olan Lahaina şəhəri tamamilə məhv olub.
Tərcümə
Şəbnəm
Gununsesi.info