
MHP sədri Dövlət Baxçalı İyi Partiyanı ittifaqa çağırıb. Baxçalı “çağırdıq, evə qayıtmadınız, ölkənin xeyrinə yerli hakimiyyətlə qonşu olaq” deyib.
Gununsesi.info xəbər verir ki, MHP-nin Media, Təbliğat və İctimaiyyətlə Əlaqələr üzrə sədr müavini İsmail Özdemir başqan Baxçalının bir televiziya proqramına göndərdiyi mesajı sosial şəbəkədə paylaşıb.
Baxçalının 1 avqust 2019-cu il tarixində sosial mediada mesaj yayımladığını və keçmişdə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasında (MHP) olan, sonradan İyi Partiyaya keçən adlara səsləndiyini xatırladan Özdemir, onun İyi Partiyaya keçənlərə yeni çağırış edərək “çağırdıq, yuvaya dönmədiniz, ölkənin xeyrinə yerli hakimiyyətlə qonşu olaq”,- deyə müraciət etdiyini bildirib.