“Ərdoğanla onun şərtləri ilə görüşməyəcəyəm” - Bəşir Əsəd

“Görüş Ərdoğanın şərtləri ilə ola bilməz”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Suriya prezidenti Bəşər Əsəd  Sky News Arabia telekanalına müsahibəsində deyib.

Müsahibədə Əsəd Türkiyə və HƏMAS ilə əlaqələrə, ABŞ-a münasibət və Suriyada narkotik kaptaqon yayılması kimi mövzulara da toxunub.

 “Suriyada xaosa səbəb olan ölkələr narkotik ticarətindən məsuldur”.

Qeyd edək ki,  Əsəd əvvəlki açıqlamalarında Türkiyənin Suriyadan qoşunlarının çıxarmaması ilə bağlı “inadkar rəftarından” narahat olduğunu deyib. Eyni zamanda o, Türkiyə qoşunlarının Suriya ərazisindən çəkilmədən münasibətlərin normallaşmayacağını da bildirmişdir.

Ərdoğan isə iyulun 17-də Suriya ilə bağlı verdiyi açıqlamada belə demişdir:

“Bəşər Əsədlə görüş nöqtəsində bağlı deyilik, görəcəyik. Hər şey onların bizə yanaşmasıdır. Əsəd təəssüf ki, Türkiyənin Şimali Suriyanı tərk etməsini istəyir. Bu baş verə bilməz, çünki biz terrorla oradayıq, mübarizə aparırıq”.

 

 

Tərcümə

Şəbnəm

Gununsesi.info