Daha bir hakim təqaüdə göndərildi

Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi təqaüdə göndərilib.

Gununsesi.info xəbər verir ki, hakim İlham Mahmudov yaş həddi ilə bağlı hakimlik fəaliyyətini yekunlaşdırıb.

Qeyd edək ki, İ.Mahmudov 2018-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi. O, əvvəllər Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri, sonradan Suraxanı rayon məhkəməsinin hakimi olub.