“Wall Street Journal”: Qəzzalılar Türkiyəyə getməlidir

Amerikanın “Wall Street Journal” (WSJ) qəzetində Mark Dubovitz-Conathan Şanzer tərəfindən yazılmış və “HƏMAS tərəfdarları Qəzza qaçqınlarını qəbul etməlidir” başlıqlı məqaləsində inanılmaz ifadələr işlədilib.

Gununsesi.info xəbər verir ki, məqalədə “Qaçqınlar Misirin Sinay yarımadasına axışmaq əvəzinə, İran, Türkiyə və Qətərə getməlidirlər” yazılıb.

Qəzzalıların İsrail tərəfindən öz torpaqlarından didərgin salınmasına məhəl qoyulmadığı və bəzi ölkələrin “HƏMAS tərəfdarı” kimi damğalandığı xəbərlərdə aşağıdakılar qeyd olunub:

“…Türkiyə və Qətər kütləvi qətllər törədən islamçı qrupa maddi və maliyyə dəstəyi verən digər iki ölkədir. Hər iki ölkənin sərhədləri daxilində HƏMAS-ın əməliyyat qərargahları var. Malayziya da ötən illərdə HƏMAS üçün sığınacaq olub. Təşkilatın üzvləri silahların hazırlanması ilə məşğuldurlar və heç vaxt icazə verilməməli olan başqa tədqiqatlarla məşğuldurlar.

Əlcəzair və Küveyt hökumət bəyanatları və dövlət mediası vasitəsilə HƏMAS-ın zorakı və qəddar taktikasını dəstəkləyib. Bu ölkələrin hər biri qəbul etdikləri dəhşətli qərarlara görə məsuliyyət daşımağa çağırılmalıdır”.

Səid Əhmədli
Gununsesi.info