Fransada çeçen 1 müəllimi öldürdü, 2 nəfəri bıçaqladı – Nazirdən Rusiyaya deportasiya XƏBƏRDARLIĞI

Fransada 60 Rusiya vətəndaşı ölkənin təhlükəsizliyinə əngəl yaradan şəxslərin daxil olduğu “S” adlanan siyahıda yer alır.

Gununsesi.info  BFM TV-yə istinadən xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Cerald Darmanin bildirib.

Nazir qeyd edib ki, deportasiya oluna biləcək vətəndaşların siyahısını Rusiya tərəfinə ötürmək üçün hakimiyyətdən icazə alıb.

“S” siyahısında altmışa yaxın rus var. Onların arasında, açıq-aydın, Çeçenistandan olanlar da var. İndiyə qədər bizim göstərişimiz xüsusilə təhlükəli ola biləcək bu insanları sistemli şəkildə ölkədən çıxarmaq idi”, – Darmanen bildirib.

Onun sözlərinə görə, Fransada “S” siyahısında olan 60-a yaxın rusdan 40 nəfərə yaxını “məhkəmə tədbirləri çərçivəsində ya həbsdədir, ya da azadlıqdan məhrum edilib”, 20-yə yaxını isə “deportasiya oluna bilər.

Darmanin Fransanın şimalındakı Arras şəhərindəki liseydə çeçenistanlı bir ədəbiyyat müəllimini öldürüb, daha iki nəfəri bıçaqladıqdan sonra “S” siyahısında olan Rusiya vətəndaşlarından danışıb. “Sonradan məlum oldu ki, qardaşı artıq terror hücumlarını planlaşdırdığına görə cəza çəkirdi və onun özü də polis nəzarəti altında idi – lakin bu, onun niyyətlərini öyrənməyə imkan vermədi”, – deyə nazir bildirib.

Bundan sonra hökumət ölkədə terror təhlükəsinin ən yüksək səviyyəsini tətbiq etmək qərarına gəlib. Təhlükəsizlik tədbirlərinə 7 min hərbçi cəlb edilib.

Səid Əhmədli
Gununsesi.info