Mahmud Abbas: HƏMAS Fələstin xalqını təmsil etmir

Fələstin prezidenti Mahmud Abbas Venesuela prezidenti Nikolas Maduro ilə telefon danışığı aparıb.

Gununsesi.info xəbər verir ki, Qəzzadan insanların məcburi köçünün tamamilə əleyhinə olan Abbas bunun ikinci Nəkbə olacağını vurğulayıb.

Mahmud Abbas hər iki tərəfdən mülki şəxslərin öldürülməsinin əleyhinə olduğunu bildirib və hər iki tərəfi məhbusları, əsirləri və mülki vətəndaşları azad etməyə çağırıb.

Abbas zorakılığa qarşı olduğunu bir daha təkrar edərək, HƏMAS-ın Fələstin xalqını təmsil etmək səlahiyyətinin olmadığına diqqət çəkib.

“İşğala son verəcək siyasi həllin zəruriliyidir. Fələstin xalqının yeganə qanuni nümayəndəsi qərarları, proqramları və siyasətləri ilə Fələstin Azadlıq Təşkilatıdır. Heç bir başqa təşkilatın siyasəti deyil”, – deyə o bildirib.

Səid Əhmədli
Gununsesi.info