
Oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına hücumlarının qurbanlarının sayı artaraq 2329 nəfərə çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İsrail qüvvələrinin son hücumları nəticəsində daha 114 fələstinli həlak olub.
Bölgədə vəziyyətin son gərginləşməsindən indiyədək 9042 fələstinli yaralanıb.
Münaqişənin 9-cu gündə davamlı və sıx bombardmanlarda cəmi 2 min 329 adam həlak olub, 9 min 42 nəfər yaralanıb.
İsrail ordusu 9-cu gündür ki, Qəzza zolağında şəhərləri intensiv şəkildə bombalayır.