Polşada seçkilərdə müxalifət qalib gəldi

Polşadakı qeyri-müəyyən nəticələrə görə, hazırkı hökumət parlamentdə çoxluğa nail ola bilmir. Müxalifət partiyalarının qurduğu koalisiyanın hökuməti devirəcəyi düşünülür.

Gununsesi.info xəbər verir ki, Polşada keçirilən ümumi seçkilərdə sandıqlar bağlandıqdan sonra açıqlanan anlıq seçki anketinə görə, hakim Hüquq və Ədalət Partiyasının (PİS) səs vermə nisbəti yüzdə 36,8 olaraq qalıb. Bu nisbətlə PİS parlamentdə çoxluq əldə edə bilmir.

“Ipsos”un Polşadakı yayım təşkilatları ilə paylaşdığı sorğu nəticələrinə görə, PİS ikipalatalı parlamentin aşağı qanadı olan Seymdə 460 yerdən 200-ünü qazana bilər.

Polşanın keçmiş baş naziri Donald Tuskun rəhbərlik etdiyi ana müxalifət bloku olan Vətəndaş Koalisiyasının (KO) səs nisbəti 31,6 faiz olaraq müəyyən edilib. Üçüncü Yol Alyansının səs nisbəti yüzdə 13, Yeni Solun səs nisbəti isə 8,6 faiz olaraq açıqlanıb.

Seçkilər öncəsi aparılan sorğularda təxminən 9 faiz səs alacağı proqnozlaşdırılan Konfederasiya Partiyası yalnız 6,2 faiz səs toplaya bilib. Müvafiq olaraq, ana müxalifət KO-nun yer sayının 163, Üçüncü Yolun 55, Yeni Solun isə 30 olacağı gözlənilir. Üç partiya koalisiya yaratsa, mandatların sayı 243 olaraq hesablanır.

Seçkilərdə iştirak faizi 72,9 faiz olaraq hesablanıb. Polşa mətbuatının yazdığına görə, Tuskun rəhbərlik etdiyi Vətəndaş Koalisiyası, Üçüncü Yol və Yeni Sol partiyaları birləşsə, bu koalisiya parlamentdə 248 yerlə çoxluq əldə edə bilər.

Polşanın PAP xəbər agentliyinin məlumatına görə, sorğu oktyabrın 17-də keçiriləcək rəsmi seçkilərin nəticələri ilə təsdiq olunarsa, PİS parlamentdə ən böyük partiya olacaq, lakin çoxluq yaratmaq üçün lazım olan 231 yeri qazana bilməyəcək.

PAP-ın məlumatına görə, PİS-in ümumi seçkilərlə eyni vaxtda keçirməyə qərar verdiyi 4 sualdan ibarət referendum böyük ehtimalla etibarsız sayılacaq, çünki iştirak nisbəti 50 faizdən aşağı idi, çünki referenduma iştirakçıların yalnız 40 faizi səs verib.

Baş nazir Mateuş Moravetski seçkilərdən sonra “X” sosial platforma hesabında “FIL 2023-cü il seçkilərinin qalibidir. Sağ olun. Yaşasın Polşa!” mesajını paylaşıb.

Səid Əhmədli
Gununsesi.info