
İsrail və HƏMAS arasında müharibə bütün xaosu ilə davam edərkən, ABŞ senatoru bildirib ki, regionda ikinci cəbhənin açılması an məsələsidir.
Gununsesi.info xəbər verir ki, İsrail 2007-ci ildən HƏMAS-ın idarə etdiyi Qəzza zolağına quru, hava və dəniz blokadası tətbiq edir. 16 ildir davam edən blokadanın ən böyük qırılma nöqtəsi ötən şənbə günü baş verib. Səhər saatlarında İsrail sərhədindən sızan HƏMAS qüvvələri kilometrlərlə sızmağı bacarıb. HƏMAS ilk gün mülki şəxslərin qatıldığı musiqi festivalında 260 nəfəri öldürdüyü halda, saatlar sonra polis idarəsini ələ keçirib. İçəridə 20 məhbusla saatlarla davam edən toqquşmadan sonra İsrail ordusu polis idarəsinə nəzarəti bərpa edib. HƏMAS-ın bu gözlənilməz hücumundan sonra İsrail ordusu 50 ildən sonra rəsmən müharibə elan edib. Bu çərçivədə hərəkətə keçən ordu, Qəzzaya havadan hücuma başlayıb.
Ölkənin cənubunda sızma cəhdinin qarşısını alan İsrail daha sonra Qəzzanın su və elektrik təchizatını kəsib. Birləşmiş Millətlər Təşkilatı son açıqlamasında 260 min Qəzzalının evlərini tərk etmək məcburiyyətində qaldığını açıqlayıb. Köçkünlərin sayı Qəzza əhalisinin 10 faizindən çoxunu təşkil edir.
Ölkənin cənubu alov topuna çevrilərkən, İsrail şimalda Livanla gərginlik yaşayır. Şənbə günündən bəri davam edən Hizbullah təhlükəsi hələ də bitməyib. Müharibənin ilk günündə sərhədin o biri ucundan İsrail radar stansiyalarını vuran Hizbullah ilə İsrail ordusu arasında qarşıdurmalar davam edir. Bu gün çoxlu Hizbullah silahlısı İsrailin hücumları nəticəsində həyatını itirib. İsrail ordusu Livan sərhədində onlarla tank toplayıb və hücumlarda artilleriya atəşindən əlavə, döyüş təyyarələri də raket zərbələri endirir.
Yaxın Şərqdə gərginlik tam sürətlə davam edərkən, ABŞ-ın Respublikaçı senatoru Lindsi Qraham baş verənlərlə bağlı açıqlama verib. CNN-ə danışan Lindsi HƏMAS-ın İsrailə qarşı hücumlarının arxasında İranın olduğunu iddia edib. Senator ABŞ prezidenti Co Baydenə istinad edərək açıqlamalarına davam edərək, “İran hücumların arxasında olduğunu inkar etdi, lakin heç bir sübut yoxdur” deyib.
Aparıcının “ABŞ birbaşa müharibədə iştirak edəcəkmi?” sualını cavablandıran Qraham, “Biz artıq birbaşa iştirak edirik. Bu gecə 14 amerikalı öldü, ailələrindən üzr istəyirəm. Mən bunu çox açıq deyirəm. Əgər HƏMAS əsirləri öldürsə və Hizbullah şimaldan hücum etsə, İsrail daxilində iki cəbhə yaranacaq. Mən nə edərdim? Mən İranın neft infrastrukturunu bombalayardım”, söyləyib.
ABŞ mediasında başqa bir televiziya kanalına danışan Qraham CNN-ə verdiyi açıqlamalardan sonra İsraili günahlandıran insanların onu dəhşətə gətirdiyini qeyd edib. İran və HƏMAS-ın bölgədə həll istəmədiyini ifadə edən Qraham, “Biz dini bir savaşdayıq, amma mən İsrailin tərəfindəyəm” deyib.
Səid Əhmədli
Gununsesi.info