BBC komandası Qəzzada: Hər yerdə cəsəd var – FOTO

Oktyabrın 7-də başlayan İsrail-HƏMAS qarşıdurması alovlandıqca bölgədə ölənlərin sayı artır. Müharibə və zorakılıqdan ən çox zərər çəkən mülki insanlar olsa da, BBC-nin bölgədən reportaj hazırlayan komandasının görüntüləri ürək ağrıdıcıdır.

Gununsesi.info xəbər verir ki,  “BBC Ərəbcə” müxbiri Adnan El-Bursh Qəzzada yaralıların və həyatını itirənlərin aparıldığı Əl-Şifa xəstəxanası haqqında reportaj hazırlayarkən göz yaşlarına boğulub. Bölgədə yaşayan və BBC üçün mühüm xəbərlər hazırlayan El-Bursh və operatoru xəstəxananı müayinə edərkən və müşahidələrini izah edərkən göz yaşlarını saxlaya bilməyiblər.

Bir anda diz çökən müxbir cəsədlər arasında dostlarını və qonşularını gördüyünü deyib. Jurnalist yaşadıqlarının çox travmatik olduğunu vurğulayıb. “Cəsədlər hər yerdədir. Həyatımda heç vaxt unuda bilməyəcəyim şeylər gördüm. Burada Əl-Şifa xəstəxanasında meyitlər hər yerdədir. Yaralılar yardım üçün bağırır, bu səsləri unutmaq mümkün deyil. Operator dostum Mahmud ölən və yaralananlar dostu Maliki gördü. Malik həyatda qalmağı bacardı, amma ailəsi öldü”, – deyə jurnalist bildirib.

Səid Əhmədli
Gununsesi.info