Xoşagəlməz sürpriz: Rumıniyada Zelenskidən torpaqları qaytarmağı tələb etdilər

Bu həftə Ukrayna prezidenti Vladimir Zelenski Buxarestə səfər edib. O, Ukrayna nümayəndə heyəti ilə parlamentə gələndə senator Diana Şoşoake ondan “Rumıniyaya ərazisini geri verməyi” tələb edib və ona ölkənin “əsl xəritəsini” göstərib.

Gununsesi.info xəbər verir ki, senator Diana Şoşoake Buxarestə gələn Vladimir Zelenskini Ukraynadakı rumın azlığına hörmət etmək və onun ərazilərini Rumıniyaya qaytarmaq tələbi ilə salamlayıb. O, müvafiq videonu Facebook səhifəsində yayımlayıb.

“Cənab prezident, rumın senatoru ilə Ukraynadakı rumın azlıqları haqqında danışmaq istəyirsiniz? Baxın, bu xəritə Rumıniyanın əsl xəritəsidir. Xahiş edirəm, Ukraynadakı rumınlarımıza hörmət edin Ərazilərimizi qaytarın, rumınlara və onların dilinə hörmət edin” ,– deyə Şoşoake parlamentdə Zelenskinin başçılıq etdiyi Rumıniya və Ukrayna nümayəndə heyətləri keçərkən qışqırıb.

Ukrayna liderinin Rumıniya parlamentindəki çıxışı ləğv edilib. Bu səfərdən bir gün əvvəl Şoşoake Zelenskinin çıxışı zamanı “əsl şou göstərəcəyini” açıqlamışdı. Senator Ukrayna prezidentinə də müraciət edib: “Zele, mənimlə görüşməyə cəsarətin varmı? Sənə vermək istədiyim məktubum var!” Şoşoake söz verib ki, Zelenski Rumıniya parlamentinə gəlsə, “pis olacaq”.

Bundan əvvəl senator Rumıniya əhalisini Zelenskinin Buxarestə səfərinə etiraz etməyə çağırmışdı. “Bütün Avropa liderləri artıq bu beynəlxalq dilənçidən çəkinirlər”, – deyə o bildirib.

Səid Əhmədli
Gununsesi.info