
Dünən gecə “Fərat qalxanı” hərəkatı bölgəsində yerləşən Türkiyənin Dabik hərbi baza ərazisinə təşkil edilən terror hücumuna cavab olaraq həyata keçirilən əməliyyatlar nəticəsində 26 PKK/YPG terrorçusu məhv edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
“Dünən axşam Mehmetçiklərimiz “Fərat qalxanı” hərəkatı bölgəsindəki Dabik baza ərazimizə edilən terror hücumuna sərt cavab verdi.
Bölgədəki terrorçu hədəflərə atılan cavab atəşlərində 26 PKK/YPG terrorçusu zərərsizləşdirilib”, – deyə məlumatda bildirilib.
Gununsesi.info