“Ukrayna Krıma dronlarla hücum edib”

“Ukrayna ordusu avqustun 25-nə keçən gecə 42 pilotsuz uçuş aparatı (PUA) ilə Krıma hücum etməyə cəhd edib”.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, PUA-lar radioelektron mübarizə vasitəsiləri tərəfindən zərərsizləşdirilib və məqsədlərinə çatmayıb.

Xatırladaq ki, avqustun 24-ü Ukraynanın kəşfiyyat bölmələri xüsusi əməliyyat çərçivəsində Krım yarımadasına daxil olub. Əməliyyat çərçivəsində Krımda Ukrayna bayrağı asılıb.

 

Gununsesi.info