Hakan Fidan: “PKK terroru İraq torpaqlarında özünü gizlədir”

  • By arzu
  • 24 Avqust 2023 17:36

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan İraqa səfər edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ərbil şəhərində İraq Regional Kürd İdarəsinin rəsmisi Məsrur Bərzani ilə görüşən Fidan ortaq mətbuat toplantısı keçirib.

“PKK terroru İraq torpaqlarında özünü gizlədir. Bu virusu İraqdan brilikdə təmizləyəcəyik”, – deyə Fidan söyləyib.

Xarici İşlər Naziri olaraq İraqa etdiyi ilk səfərdə Bğdaddakı təmaslarının ardından ərbilə gələn və bundan böyük məmnuniyyət duyduğunu bildirən Hakan Fidan göstərilən qonaqpərvərlik üçün təşəkkürünü bildirib.

Ərbildəki təmasları çərçivəsində İraq Regional Kürd İdarəsinin rəhbəri Neçirvan Bərzani ilə bir araya gələn Fidan ikitərəfli əlaqələri geniş şəkildə dəyərləndirdiklərini vurğulayıb.

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan iqtisadi mövzuları, terrorla mübarizə, su problemi, infrastruktur və İnkişaf Yolu Layihəsi mövzuları haqqında fikir alış-verişi etdiklərini açıqlayıb.

 

Tərcümə: Arzu

Gununsesi.info