Həyat yoldaşı Nazim Bəydəmirlidən xəbər gətirib

  • By admin
  • 24 Avqust 2023 13:36

Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan sabiq deputat, ekologiya məhbusu Nazim Bəydəmirlidən xəbər var.

Gununsesi.infonun məlumatına görə, həyat yoldaşı Fəridə Bəydəmirli bu gün onunla görüşüb.

Saytımıza açıqlamasında Fəridə Bəydəmirli deyib ki, həyat yoldaşının əhval-ruhiyyəsi yüksək olsa da saxlanma şəraitindən narazılığı var: “Saxlanıldığı kamerada hədsiz sıxlıqdır. Havasızlıq hökm sürür. Hələ ki, onu normal kamera ilə təmin etməyiblər. Vəkilləri ilə görüşəcək və qarşıdakı addımları müzakirə edəcək. Vəkilləri ilə görüşdə istintaq hərəkətləri ilə yanaşı  saxlanma şəraiti ilə bağlı  da hansı addımların atılmasına dair qərar verəcək”. 

Qeyd edək ki, Nazim Bəydəmirli Gədəbəyin Söyüdlü kəndində baş verən sakinlərin etiraz aksiyasından sonra onları dəstəkləyən müsahibələr verib.

Bu çıxışından sonra sabiq deputat özünün şikayətçisi olduğu iş üzrə həbs edilib.

Bəydəmirli özünü “ekologiya məhbusu” hesab edir.

 

Bir sıra yerli və beynəlxalq təşklatlar Azərbaycan hökumətindən Nazim Bəydəmirlini azad etməyi xahiş edib.

 

Şəbnəm Rəhimova

Gununsesi.info