“Priqojin öz ölüm hökmünü imzalayıb”

Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarə qəzasında ölməsinə münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, Podolyak bu barədə “X” (tviter) hesabında paylaşım edib.

“Priqojin Lukaşenkonun qəribə “zəmanət”lərinə inandığı an özünün xüsusi ölüm hökmünü imzalayıb. Çevrilişə cəhddən düz 2 ay sonra Priqojinin və “Vaqner” rəhbərliyinin ölümü Putinin 2024-cü il seçkilərindən əvvəl Rusiya elitasına siqnaldır”, – deyə Podolyak qeyd edib.

 

Gununsesi.info