“Ömər aşırımı”nda qəza - Türkiyə vətəndaşları öldü

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda yük maşını dərəyə aşıb, ölənlər və xəsarət alan var.

 

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda yük maşınının dərəyə aşması nəticəsində avtomobildə olan 3 nəfərdən 2-si ölüb, daha biri ağır yaralarla xəstəxanaya çatdırılıb.

 

Onların ərazidə çalışan Türkiyə vətəndaşları olduğu bildirilir.

 

Hadisənin “Ömər aşırımı”nın yaxınlığında qeydə alındığı deyilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info