
Rusiya Ukraynanın Belarusla sərhədində yerləşən Çernixev şəhərinə raket hücumu edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hücum zamanı 5 nəfər ölüb, 37 adam yaralanıb.
Ukraynanın Daxili İşlər nazirliyi ölənlərin və yaralıların sayını təsdiq edib.
Hücum zamanı İsveçdə olan Volodimir Zelenski hücumu “rus terroru” olaraq adlandırıb.
Ukraynanın Dövlət Təcili Xidmət Qurumundan verilən açıqlamada hücum zamanı teatr və universitet binasının zərər gördüyü bildirilib.
Tərcümə: Arzu