“Vaqner”dən QİSAS mesajı: Kremlin ələ keçiriləcək – Rusiyada vəziyyət gərginləşdi

  • By arzu
  • 24 Avqust 2023 12:40

Rusiyada “Vaqner” lideri Yegeni Priqojinin də içində olduğu təyyarənin paytaxt Moskva yaxınlığında qəzaya uğramasından sonra silahlı muzdlu qruplaşmadan açıqlama verilib. Dünya mətbuatında bir andaca gündəm olan Yevgeni Priqojinə aid özəl təyyarənin qəsdən vurulması iddialarından sonra “Vaqner” qruplaşması hərəkətə keçəcəyini bildirib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Priqojinə aid özəl təyyarənin vurulmasından və Priqojinin də ölümündən sonra  “Vaqner” silahlı qruplaşması bildirib ki, təyyarəni rus təhlükəsizlk qüvvələri vurub.

Rusiya mətbuatı ölənlər arasında Priqojinin də olmasını təsdiqlədikdən sonra “Vaqner” muzdlu silahlı qruplaşmasından Rusiya iqtidarına qisas dolu bu açıqlama ünvanlanıb:

“Kremlin ələ keçiriləcək. Priqojinin ölümü təsdiqlənərsə, hərəkətə keçərik”.

“Vaqner” silahlı qruplaşmasına yaxınlığı ilə bilinən bəzi “Telegram” kanallarında Priqojinin köməkçisi Dmitri Utkinin də təyyarənin içində öldüyü paylaşılıb.
“Vaqner” silahlı qruplaşmasının yüksək səviyyəli idarəçilərinin olduğu təyyarənin qəzaya uğramasından sonra bir sıra iddialar səsləndirilib.
Bəzi yayım orqanlarında özəl təyyarənin vurulduğu, digərlərində isə içinə öncədən partlayıcı yerləşdirildiyi yazılıb.

 

Tərcümə: Arzu

Gununsesi.info