
İsraildə yaşanan siyasi gərginlik Amerikanı hərəkətə keçirib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Qərərgah Rəisi General Mark Milley qarşıdakı həftə İsrailə səfər edəcək.
Amerika İsraildə yaşanan siyasi və hüquqi böhranın Amerikanın maraqlarını baltalaya biləcəyindən narahatdır.
“Axios” iki İsrail yetkilisinə istinadən yazır ki, rəsmi Təl-Əvivə Milley Bayden iqtidarı içində Baş nazir Benyamin Netanyahunun hökumətin məhkəmə düzəlişlərinin İsrail ordusuna zərər verə biləcəyi ilə bağlı yaranan narahatlıqlarını bildirəcək.
Xatırladaq ki, Baş nazir Benyamin Netanyahunun məhkəmə islahatları ilə bağlı düzəlişlərinin hökumət tərəfindən təsdiqlənməsindən sonra bir çox dövlət işçiləri, kəşfiyyatçıları və ordu mənsubları işdən çıxmağa qərar vermişdilər.
Tərcümə: Arzu