
Estoniyanın baş naziri Kaja Kallas həyat yoldaşı Arvo Hallikin Rusiyadakı biznesi haqqında heç nə bilmədiyini deyib.
Gununsesi.info “RİA Novosti”-yə istinadən xəbərə verir ki, baş nazir mətbuat konfransında bildirib ki, şirkət artıq Rusiyada fəaliyyətini dayandırıb və yalnız Estoniyada xidmət göstərir.
“Həyat yoldaşımın dediyinə görə, onların şirkətlərində daxili prosedur var, ona görə də pulu orada qoymamaq üçün Rusiyada yanacaq doldura bilməzsən”.
Xatırladaq ki, bundan əvvəl Estoniya prezidenti Alar Karis Kallas Hallikin ətrafında baş verən qalmaqalın mahiyyətini ictimaiyyətə izah etməyini tələb edib.
Bu vəziyyətdə ölkənin bəzi siyasətçiləri baş naziri tənqid etmişdir.
Xüsusən də müxalifətdə olan “İsamaa” parlament partiyasının lideri Urmasa Reinsalu hesab edir ki, medianın irəli sürdüyü iddialar doğrudursa, bu, Estoniya üçün biabırçılıqdır.
Tərcümə
Şəbnəm
Gununsesi.info