Azərbaycan Premyer Liqasında dördüncü tur başlayır

Bu gün Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.

Gununsesi.info xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək.

Ev oyunlarını Bakıdakı “Dalğa Arena”da keçirən “Araz-Naxçıvan” “Sumqayıt”ı qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, turun digər qarşılaşmaları 26-27 avqust tarixlərində keçiriləcək. “Turan Tovuz” “Səbail”i, “Zirə” “Sabah”ı, “Neftçi” “Qəbələ”ni, “Qarabağ” isə “Kəpəz”i qəbul edəcək.

Azərbaycan Premyer Liqası

IV tur

25 avqust (cümə)

20:00. “Araz-Naxçıvan” – “Sumqayıt”

Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Asiman Əzizli, Kamranbəy Rəhimov

VAR: Əliyar Ağayev

AVAR: Vüqar Həsənli

“Dalğa Arena”

Gununsesi.info