Gəncədə ata və 5 yaşlı qızını avtomobil vurdu

Gəncədə yolu keçən ata və azyaşlı qızını  avtomobil vurub.

Gununsesi.info-nun məlumatına görə, hadisə Atabəylər prospektində qeydə alınıb.

Füzuli Kərimovun idarəetməsində olan minik avtomobili 38 yaşlı Ceyhun Ələsgərov və onun 5 yaşlı qızı Mələk Ələsgərovanı vurub.

Qəza nəticəsində azyaşlı dünyasını dəyişib, atası xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info