
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 256 510 hərbçisi məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 4 332 tank, 8 410 zirehli maşın, 5 193 artilleriya sistemi, 714 RYAS (reaktiv yaylım atəşi sistemi), 486 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 4 276 PUA, 1 406 qanadlı raket, 18 gəmi/qayıq, 7 658 avtomobil texnikası və avtosistern, 783 xüsusi texnikadan ibarətdir.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.