
Polşalı fermerlər paytaxtın Masoviya Voyevodalığında növbəti etiraz aksiyasına başlayıblar.
Gununsesi.info xəbər verir ki, bu barədə interia.pl xəbər portalı məlumat yayıb.
Məlumata görə, səhər saatlarında onlarla traktor digər kənd təsərrüfatı texnikası Minsk Mazovetski, Zakrent və Kaluşin şəhərləri ərazisində yolların bir hissələrini bağlayıb.
Hadisə yerinə gələn polis əməkdaşları etirazçılara mane olmayıb və digər sürücülərə bloklanan ərazilərdən yan keçmə variantları tövsiyə edib.
Aksiyanın təşkilatçıları onu yerli vaxtla saat 18:30-da bitirməyə söz veriblər.
Mayın 23-də məlum olub ki, Polşanın 20 ən böyük fermer birliyi ölkə parlamentinin Seyminə (aşağı palatası) təqdim etməyə hazır olduqları tələblərin yeni siyahısını hazırlayıb.
Kənd təsərrüfatı istehsalçılarının əsas tələbləri dəyişməz olaraq qalır .
Onların əsas etirazı Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətlərin saxlanılması və Avropa İttifaqının Yaşıl Sövdələşmə proqramının yerli fermerlər üçün əlverişsiz olan müddəalarının ləğvidir.
Fermerlər həmçinin 25 ildən 30 ilə qədər müddətə kreditlərin verilməsini, əkin sahələrinin icarəyə verilməsi prosesinin tənzimlənməsini, sərmayənin qarşısını almaq mümkün olmayan “kənd əraziləri” adlanan ərazilərlə bağlı qanunvericilik aktının qəbul edilməsini, dini məqsədlər üçün heyvan kəsiminə qoyulan qadağaya son qoyulmasını da tələb edirlər.
Şəbnəm
Gununsesi.info