
Livandakı Fələstin köçkün düşərgəsində toqquşma olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, olaylar zamanı 9 nəfər ölüb, 40 nəfər yaralanıb.
Hadisə bu ölkədəki ən böyük Fələstin köçkün düşərgəsi olan Ain al Hilvehdə yaşanıb.
Günlərdir ki, davam edən toqquşmalar ölənlərinə sayının artmasına səbəb olur.
Təbiblər Birliyi tərəfindən verilən açıqlamada ölnələrin və yaralıların sayı təsdiq edilib.
Rəsmi açıqlamada şəhərin cənubundakı tərəvəz bazarında raket atarlı əl bombasının partlaması ilə çevrədəki binalara maddi ziyan dəydiyi də bildirilir.
Olaydan sonra Sidon şəhərindəki rəsmi qurumlar, iş mərkəzləri, universitet və məktəblər qapadılıb.
Qadın və uşaqlar düşərgədən ayrılaraq bölgələrə doğri irəliləyib. Onlarla adam məscidlərə sığınıb.
Tərcümə: Arzu