
Amerika Prezidenti Co Bayden ölkəsində yenidən tənqidlərin hədəfindədir.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, çimərlikdə tətilə gedən Prezident yenidən mətbuatın tənqid hədəfinə tuş gəlib.
Sağlamlığı ilə bağlı şayiələrin ardı-arası kəsilməyən Bayden işə başladığı gündən bəri çıxdığı tətillərlə qınaqların hədəfində oldu
Növbəti dəfə Delavare bölgəsindəki bir çimərlikdə dincələrkən kameralara əks olunan Prezident arvadı Jill Bayden ilə birlikdə görüntülənib.
Xidməti iş dönəminin 40%-ə yaxınını tətillərdə keçirən Baydenin bu cür iş qrafiki tənqidlərə mövzu olub.
2024-cü ildəki seçkilərdə namizədliyi çəkişmə mövzusu olan Baydenin 10 günlük çimərlik tətilinə çıxadığı bildirilir.
Çimrəlikdə bir çətir altında əllərində bir yazı oxuyarkən görüntülənən tanınmış cütlüklə bağlı ölkə mətbuatı “Bayden Prezidentliyi dönəmində Vaşinqtondan kənarda yüzlərlə gün keçirdi” başlığını atıblar.