Rusiyadan açıqlama: Ərdoğan və Putin telefonda danışacaqlar

  • By arzu
  • 31 İyul 2023 15:14

Rusiyadan Türkiyə Prezidenti Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığının olması ilə bağlı açıqlama səsləndirilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kremlin sözcüsü Dmitri Peskov açıqlama verib.

Peskov iki prezidentin avqustun 2-də telefon danışığı edəcəklərini bildirib.

Peskov keçirdiyi günlük mətbuat toplantısında Vladimir Purtinin Türkiyə etməyi planlaşdırdığı səfərin tarixinin bəlli olub-olmadığı ilə bağlı sualı cavablayarkən bunları deyib:

“Prezidenti Putinin bu suala cavab verdiyi gündən bəri heç bir şey dəyişməyib. Putinin də söylədiyi kimi, Türkiyə Prezident Ərdoğanıla avqustun 2-də telefon danışığı etməyi planlaşdırır”.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin keçirdiyi mətbuat toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı edəcəklərini söyləmişdi.

Tərcümə: Arzu

Gununsesi.info