Ursula von der Leyen 8- ci dəfə Kiyevə gəlib

  • By Günel
  • 20 Sentyabr 2024 18:14

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen sentyabrın 20-də Kiyevə gəlib.

Gununsesi.info xəbər verir ki, onun burada qarşıdan qışın gəldiyi bir vaxtda Rusiyanın Ukraynanın enerji infrastrukturuna hava zərbələri ilə bağlı Kiyevə davamlı dəstək elan edəcəyi gözlənilir:

“Mənim Kiyevə sayca 8-ci səfərim tezliklə isitmə mövsümünün başlanacağı və Rusiyanın Ukraynanın enerji infrastrukturuna hava zərbələrinin davam etdiyi bir vaxta təsadüf edir”.

Avropa Komissiyasının rəhbəri az sonra prezident Volodimir Zelenski ilə görüşərək Ukraynanın enerji təchizatına dəstək məsələsini müzakirə etməlidir.

Ursula von der Leyen bildirib ki, görüşün gündəliyinə Ukraynanın qışa hazırlığına Avropa İttifaqının köməyi məsələsi daxildir.

Görüşdə habelə Ukraynaya İttifaqa üzvlük prosesində dəstək verilməsi və G7 qrupunun kreditləri müzakirə olunacaq.

Xanım von der Leyen bundan bir gün əvvəl Ukraynanın enerji infrastrukturunun bərpası üçün Kiyevə əlavə olaraq 178 milyon dollar yardım elan etmişdi.

Gununsesi.info