Rusiyalı oliqarxın keçmiş vəkili Polşada həbs edilib

Polşada Rusiya müxalifətinin nümayəndələrinə hücumla bağlı aparılan istintaq çərçivəsində mərhum rusiyalı oliqarx, Boris Berezovskinin keçmiş vəkili, Anatoli Blinov saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə RMF24 məlumat yayıb.

Prokurorluq Anatoli Blinovun həqiqətən də həbs olunduğunu təsdiqləyib və onun barəsində üç aylıq həbs qətimkan tədbirinın seçildiyini bildirib.

Keçmiş vəkil 2024-cü ilin martında Vilnüsdə Aleksey Navalnının şəriki Leonid Volkovun döyülməsi də daxil olmaqla, Rusiya müxalifətinin üzvlərinə qarşı hücumların istintaqı çərçivəsində Daxili Təhlükəsizlik Agentliyi tərəfindən saxlanılıb.

Qeyd edilir ki, Polşa prokurorluğu Belarusun Birgə Keçid Nazirlər Kabinetinin sədr müavini Pavel Latuşkoya qarşı yönəlmiş cinayəti də araşdırır.

 

 

Gununsesi.info