Talibanın Əfqanıstanda hakimiyyəti götürməsindən 2 il keçir

2021-ci ilin avqustun 15-də Talibanın Əfqanıstana hakimiyyətə gəlməsindən tam iki il keçir.

Həmin vaxtlar dünyanı ən çox narahat edən məsələlərdən biri də Talibanın 20 il əvvəl olduğu kimi qadın hüquqlarına önəm verməyən qaydalara qayıdıb-qayıtmayacağı idi.

Taliban verdiyi açıqlamalarda şəriət qaydalarına əsasən qadınların hüquqlarına sadiq olaraq, İslami çərçivədə işləməsinə, təhsil almasına və cəmiyyətdə fəal olmasına icazə veriləcəyini bildirmişdir.

Lakin buna baxmayaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) , müstəqil təşkilatların hesabatları , Əfqanıstanda qadınlar arasında aparılan sorğular onu göstərir ki, son iki ildə qadınlar sistemli şəkildə cəmiyyətdən və siyasi həyatdan kənarlaşdırılıb.

Gununsesi.info xəbər verir ki, bu yaxınlarda”BBC Türk” Əfqanıstana səfər edib. Kanal səfərində tədqiqatçı və jurnalistlərlə görüşərək bu mövzuda araşdırmalar aparıb.

“Əfqanıstan heç vaxt qadınların yaşaması üçün ideal ölkə olmayıb. Taliban hakimiyyətə gəldikdən sonra biz uğrunda mübarizə apardığımız hər şeyi itirdik”.

Bu sözləri açıqlamasında Əfqanıstanda hüquq pozuntularını araşdıran, Human Rights Watch tədqiqatçısı Fereshta Abbasi deyib.

O, qadınlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı əsasnamənin və məsələyə cavabdeh nazirliyin olduğunu, lakin təəssüf ki, bu müdafiə sisteminin də Talibanla birgə yox olduğunu qeyd edib.

Bəzi bölgələrdə qızların 10 yaşından sonra təhsil alması qadağandır

Tədqiqatçılar deyir ki, Taliban tam mərkəzləşdirilmiş struktura malik deyil. Qaydalar yerli idarəçilərin təşəbbüsü ilə dəyişə bilər. Ancaq paytaxt Kabildə, “qızların 6-cı sinifdən məktəbə getməsinə qadağa qoyulması”  qadağaları hər bölgədə var.

BMT-nin Qadın və Qızlara qarşı ayrı-seçkilik üzrə İşçi Qrupunun rəhbəri, BMT-nin İnsan Haqları Şurası yanında çalışan Doroti Estrada Tank qadağaların iqtisadi, sosial və coğrafi müxtəlifliyə görə 34 əyalətdə fərqli olduğunu deyib.

İki ildir ki, idarəçiliyi əlində saxlayan Taliban ölkəni heç bir yazılı nizamnamə və konstitusiya olmadan idarə edir. Verdiyi qərarların da 80 faizindən çoxu qadın hüquqlarının əleyhinədir.

Hüquqların ən önəmlisi isə təhsildir. Ölkə daxilində isər məktəb, istər kollecdə qızların 12 yaşından təhsil alması qadağandır.

Taliban rəsmiləri qızların məktəbə qayıdacaqları ilə bağlı açıqlamalar versədə, lakin hələlik heç bir dəyişiklik olmayıb.

“Buna görə də sistematik ayrı-seçkiliyin olduğunu deyə bilərik” – deyən Abbasi, qadınların yalnız məhdud şəkildə sağlamlıq, qidalanma və təhsil sektorlarında işləyə biləcəyini deyir.

                                                                      “Biz sağıq, amma yaşamırıq”…

İki ildir Əfqanıstanda qadınların həyatı, səsi yoxdur. Ölkədə hamı gələcəyə ümidsizdir.

Əfqanıstanda səfərə çıxan qadın mütləq həyat yoldaşı və ya yaxın kişi qohumu ilə getməlidir. Küçəyə çıxmaq üçün isə mütləq burka geyinməli, bəzi hallarda isə üzlərini də örtməlidir. Əgər bir qadına küçədə “Niyə kişisiz çıxırsan?” sualı verilirsə, ona cavabdeh olan kişi də cəzalandırılır.

“Bir az qısa paltar geyinən qızları saxlayıb valideynlərinə son xəbərdarlıqlar edilir. Söhbət etdiyimiz qadınlardan biri belə deyir. Biz sağıq, amma yaşamırıq” -deyə Estrada Tank əlavə edir.

 

    Zorakılığa qarşı qanun, məhkəmələr, sığınacaqlar ləğv edildi..

Əfqan qadınları həddindən artıq gərginlik və acizlik həyatı yaşayır. Təhsil, iş və komendant saatı ilə bağlı məhdudiyyətlərlə yanaşı hüquq sistem də ləğv olunub. Konstitusiya və qadınlara qarşı zorakılıq, məişət zorakılığından qorunmaq hüququ haqqında qanunlar, ixtisaslaşmış məhkəmələr, qadın sığınacaqları və s. dayandırılıb.

Məcburi və uşaq evlilikləri ilə yanaşı, zorakılığın da olduğuna diqqət çəkən Estrada Tank bütün bunların bir-biri ilə əlaqəli olduğunu vurğulayır:

“Məktəbə getməmək, ümidsiz evdə oturmaq, gəlir çətinliyi məcburi  uşaq evliliyini artırır. Bəzi ailələr bunu ifrat yoxsulluqdan çıxış yolu kimi görürlər”.

                                                                         Hələ də etirazlar var

Taliban hakimiyyətindən sonra əfqan qadınları Kabil, Herat və Məzari-Şərifdə dəfələrlə etiraz aksiyaları keçirib. İşləmək və azadlıqlarının tələbi üçün keçirtdikləri aksiyalar zor tətbiqlə aradan qaldırılıb.

Etiraz aksiyalarından sonra etirazçıların həbsləri həyata keçirilib. Onların arasında hal-hazırda saxlanma sənədləri araşdırılan jurnalistlər də var.

Bildirilir ki, həbslərdən sonra qadınlar daha çox üzlərini gizlədir. Mətbuata etirazlarını ancaq səsləri ilə çatdırırlar. Baş verənlərə qarşı müqavimət göstərərək, ümidlərini yaşatmağa çalışırlar.

 

                                               Əfqanıstanda qadın və qızların hüquqları necə dəyişdi?

18 sentyabr 2021-ci il: Qızların 6-cı sinifdə təhsili qadağan edildi (orta məktəb)
23 dekabr 2021-ci il: (Kişi) Sürücülərə “İslami hicab” taxmayan və ya ailə başçısının müşayiəti olmayan qadınları 72 kilometrdən çox məsafəyə aparması qadağan edildi.
27 Mart 2022: Qadın və qızların parklara girişi məhdudlaşdırılaraq, kişisiz qadınlara daxili və beynəlxalq uçuşlar qadağan edilib.
7 may 2022-ci il: Qadınlardan uyğun hicabla, tercihen burka ilə çölə çıxmaq və ya heç bir səbəb olmadan evdən çıxmamaq tələb olunub.
21 may 2022: Qadın televiziya aparıcılarından üzlərini örtmələri tələb olunub.
1 iyun 2022: Dördüncü və altıncı siniflər arasında olan bütün qızlardan məktəbdə üzlərini örtmələri tələb olunub.
23 avqust 2022: Qadın dövlət məmurları evdə qalmağa məcbur edildi.
10 Noyabr 2022: Qadınlara idman zallarından istifadə qadağan edildi.
20 dekabr 2022-ci il: Qadın kollecinə davamiyyət növbəti xəbərdarlığa qədər dayandırıldı.
22 dekabr 2022: 6-cı sinifdən etibarən qadınlar və qızlar üçün bütün təhsil qadağan edildi.
24 dekabr 2022: Milli və beynəlxalq QHT-lərdə qadınların məşğulluğu dayandırıldı.
4 aprel 2023: Əfqan qadınlarına BMT-də işləmək qadağan edildi.
21 iyul 2023: Gözəllik mərkəzləri bağlandı.
Avqust 2023: Bəzi bölgələrdə yaşı 10-dan yuxarı olan qızların məktəbə getməsinə qadağa qoyuldu.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info