Soros Fondu Avropa İttifaqını tərk edir

Milyarder Corc Sorosun Açıq Cəmiyyət Fondu Avropa İttiqafında fəaliyyətinin dayandırılmasını və diqqətin dünyanın digər hissələrinə yönəltməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” -a fondun əməkdaşları tərəfindən göndərilən elektron məktubda bildirilib.

Məktubda fondun Avropanın daxili işlərindən imtina edəcəyi və “daha böyük qlobal problemlər kontekstində” regiona diqqət yetirəcəyi bildirilir.

“Yeni təsdiq edilmiş strateji istiqamət Avropa İttifaqında cari işimizin əhəmiyyətli hissəsinin geri götürülməsini və dayandırılmasını, diqqətimizi və resursların dünyanın digər hissələrinə yönəldilməsini nəzərdə tutur”.

Müxtəlif ölkələrə ildə təxminən 1,5 milyard dollar vəsait ayıran təşkilat Ukrayna, Moldova, Qırğızıstan və Qərbi Balkanları maliyyələşdirməyə davam edəcək. Qrantların əksəriyyəti gələcək aylarda müəyyən ediləcək.

Qeyd edək ki, 93 yaşlı Corc Soros 25 milyard dollarlıq fond imperiyasına nəzarəti oğlu Aleksə verəcək. Aleks Soros amerikalı sol siyasətçilərə dəstəyi davam etdirmək və ABŞ-ın daxili siyasəti ilə məşğul olmaq niyyətindədir.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info