
Afrika ölkəsi olan Nigeriyada silahlı toqquşma olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qanlı hücum zamanı 26 əsgər öldürülüb.
Nigeriya ordusu ilə silahlı qruplar arasında yaşanan toqquşma zamanı ölü və yaralıları daşıyan Mİ-17 tiplo helikopter qəzaya uğrayıb.
Niger ordusu təmsilçiləri AFP-yə açıqlamalarında əməliyyatdan dönərkən “terrorçular” tərəfindən pusquya salındıqlarını bildiriblər.
“Toqquşmada 26 hərbçimizi itirdik. Sıralarımızda döyüşən 3 milis nəfəri öldü”, – deyə vurğulanır.
Nigeriya ordusu təmsilçiləri hücumçuların ağır itkilər verdiklərini açıqlayıblar.
Tərcümə: Arzu