Ərdoğan-Mahmud Abbas görüşü ilə bağlı açıqlama

  • By arzu
  • 26 İyul 2023 12:35

Xəbər verdiyimiz kimi, Fələstin dövlətinin  Prezidenti Mahmud Abbas Türkiyəyə səfər edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, səfər zamanı Abbas Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Həm ikitərəfli, həm də heyətlərarası dialoq zamanı bir sıra mövzular haqqında danışılıb.

Ərdoğan Fələstin davasının güclü şəkildə müdafiəçisi olmağa, Fələstin xalqının təhlükəsizliyini, rifahını artırmağa yönəlik hər cəhdi bütün gücləri ilə dəstəkləməyə davam edəcəklərini söyləyib.

2023-cü il seçkilərində Qüds, Qəzza, Ramallah kimi Fələstin şəhərlərində coşğunun yaşanmasından bəhs edən Ərdoğan  Fələstin xalqına ölkəsinin sevincinə ortaq olduqları üçün təşəkkürünü bildlirib.

Münasibətlərin daha da dərinləşdirilməsini artıra biləcək addımların atılacağının anonsunu verən Ərdoğan Fələstin xalqının həyat şəraitinin yaxşılaşdırılmasında dəstək verəcəklərini söyləyib.

Türkiyə olaraq Fələstin xalqı ilə həmrək olacaqlarını söyləyən Ərdoğan Fələstin dövlətinin gücləndirilməsinə dəstək olacaqlarını vurğulayıb.

 

Tərcümə: Arzu

Gununsesi.info