
2017-ci ildə Birləşmiş Ərəb Əmirliklərinə köçən “VKontakte” və “Telegram”ın yaradıcısı Pavel Durov illik 1 milyon dollara yaxın kirayəsi olan villasına yerləşib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
Durovun evi süni Palm Jumeirah adasında yerləşir və Dubayın ən prestijli ərazilərindən biridir.
Beş yataq otağı olan villanın ümumi sahəsi təxminən 1400 kvadrat metrdir.
Villa adada ən bahalı kirayə evlərindən biridir.
Qeyd edək ki, 2020-ci ildə Durov həddindən artıq istehlaka qarşı manifest dərc edib. O, sərvətinin ona sevinc gətirmədiyini deyib.
İddialara görə, o, yaxtaların, təyyarələrin və bahalı daşınmaz əmlakın alınmasına deyil, yaradıcılığa pul xərcləməyə üstünlük verir.
Tərcümə
Şəbnəm
Gununsesi.info