Dominikan Respublikasında dəhşətli partlayış: Çoxlu sayda adam öldü

  • By arzu
  • 15 Avqust 2023 16:41

Dominikan Respublikasında dəhşətli partlayış olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, San Kristobal bölgəsində olan ticarət mərkəzindəki bir təndirdə partlayış olub.

Olay zamanı 12 nəfər can verib, 65 adam yaralanıb.

Qanlı faciə zamanı 3 bina tamamən uçub. 55 nəfərdən xəbər yoxdur.

San Kristobal icra başçısı etdiyi açıqlamasında partlayışın adamların sıx olduğu yerdə yaşandığını bildirib.

Dövlət işçiləri partlayışın səbəbini araşdırırlar.

Verilən məlumata görə, ölənlər arasında yaxınlıqdakı bank işçisi və 4 aylıq körpə də var.

 

Tərcümə: Arzu

Gununsesi.info