
Rusiyanın Ankaradakı keçmiş səfiri Gennadi Karlova sui-qəsd törətmək istəyən şəxs Türkiyədə saxlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Sabah” məlumat yayıb.
Bildirilir ki, İstanbul polisi şəhərin Avropa hissəsindəki Bəylikdüzü ərazisində keçirdiyi əməliyyat zamanı Karlova qarşı 2016-cı ildə baş vermiş sui-qəsd işində iştirak edən “vacib şəxsi” saxlayıb.
Şübhəli şəxsdən mobil telefon, iki sim kart və sim kartlar üçün yaddaş kartı götürülüb.
Eyni zamanda verilən məlumatda qeyd edilir ki, Karlova sui-qəsddə təqsirləndirilən şəxslərdən birinin həyat yoldaşı da saxlanılıb. O, əvvəllər terror qruplaşmasına üzv olduğu üçün doqquz il həbs cəzası çəkib.
Tərcümə
Şəbnəm
Gununsesi.info