
Latın Amerikası ölkəsi olan Ekvador “ən qanlı dönəmi”ni yaşayır.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ölkə seçkilərə hazırlaşarkən daha bir siyasi partiya lideri öldürülüb.
“Revolucion Ciudadana” Partiyasının sədri Pedro Briones uğradığı silahlı hücum nəticəsində həyatını itirib.
Brionesin öldürülməsi “Revolucion Ciudadana” partiyasının üzvü və və Prezident namizədlərindən olan Luisa Qonsales tərəfindən təsdiqlənib.
Luisa Qonsales özünün sosial media hesabında bunları yazıb:
“Ekvador ən qanlı dönəmmini yaşayır. Şiddərin qurbanı olan həmkarım Pedro Brionesin ailəsinə ürəkdənsarılıram”.
Pedro Brionesə edilən hücum Esmeralds bölgəsində dağlıq yerdə gerçəkləşdirilib.
Tanınmış Associated Press agentliyinə açıqlamasında Qonsales cinayətə qarşı ciddi yanaşma sərgiləməyi, polis işçilərində “təmizlik” etməyi, ölkə sərhədləri boyunca nəzarəti artırmağı və hüquq-mühafizə orqanlarına yönəlik təchizata yatırım etməyi planlaşdırdığını bildirmişdi.
Xatırladaq ki, Pedro Brionesdən öncə Prezidentliyə namizəd və partiya başçısı Fernand Villavicencio silahlı suqi-qəsdlə öldürülmüşdü.
Tərcümə: Arzu