
Nyu-York şəhər bələdiyyə məclisinin üzvü İnna Vernikov fələstinlilərə dəstək nümayişinin keçirildiyi bölgədə üzərində silah olduğu səbəbi ilə saxlanılıb.
Gununsesi.info xəbər verir ki, Nyu-York polisinin bildirdiyinə görə, yəhudi əsilli Vernikovun Fələstin tərəfdarı nümayişçilər arasında belində “Smith & Wesson 9 millimetr” markalı tapança gəzdirdiyi görüntülərdən sonra yaxınlıqdakı polis bölməsinə təslim olub. Bruklin Kollecinin kampusunda etiraz aksiyası sosial mediada paylaşılıb.
Silah gəzdirmək ittihamı ilə saxlanılan qadın siyasətçinin silah gəzdirmək hüququndan məhrum edildiyi açıqlanıb.
“X” platformasında paylaşılan video və fotolarda Vernikovun silahı aydın görünür. Platformadakı paylaşımlarda Vernikovun “fələstinli tələbələri qorxutmaq üçün” silah gəzdirdiyi və bu hərəkətinə görə onun “işindən qovulmalı və lisenziyası alınmalı” olduğu bildirilib.
Nyu-York qubernatoru Keti Hochul “X” platformasından paylaşımında bildirib ki, “Nyu-Yorkun silah təhlükəsizliyi qanunları hamıya şamil edilir”.
Digər tərəfdən Nyu-York şəhər bələdiyyə məclisinin üzvü “X” hesabında etiraz meydanındakı video paylaşımının altında da bu sözləri yazıb:
“Fələstinin çaydan dənizə qədər azad olacağını qışqırırsınızsa, siz HƏMAS tərəfdarısınız. Siz dünyanı yəhudi xalqından xilas etmək üçün bura terror gətirmək istəyən bir tərəfdarsınız. Biz heç vaxt susmayacağıq”.
Səid Əhmədli
Gununsesi.info